AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşpaz Oruc Əliyev

Əliyev Oruc Nağı oğlu 1956-cı ildə Ermənistan SSR-də anadan olub. Bakı Sovet Ticarəti Texnikumunu, sonra isə Azərbaycan Xalq Təsərrüffatı İnstutunu bitirib. "Azərbaycan" mehmanxanasında (İnturist) aşpaz, baş aşpaz, “Caspian Crystal”da baş aşpaz, “Ay işığı” istirahət mərkəzi, “Qafqaz Park Hotel” və “Elita Palace”da baş aşpaz vəzifələrində çalışıb. 1993-cü ildə Ticarət Nazirliyi tərəfindən verilmiş “Usta aşpaz” fəxri adına layiq görülüb.
 
O.Əliyev 1993-cü ildə xarici ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda çıxış edib və ilk Azərbaycan Milli Kulinariya komandasının üzvü olub. O, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Milli Kulinariya Assosasiyası (AMKA) və Azərbaycan Milli Kulinariya Mərkəzinin fəxri fərmanları ilə təltif olunub, AMKA-nın fəxri üzvüdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı