AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aktyor Vaqif İbrahimov

İbrahimov Vaqif Hümbət oğlu 1979-cu il martın 13-də Sumqayıt şəhərində anadan olub. Kiçik yaşlarında incəsənətə maraq göstərib, rəqs dərnəklərinə yazılıb. Orta təhsilini başa vurduqdan sonra 1995-ci ildə Mədəni-Maarif Texnikomunun Kino və aktyorluq ixtisasına qəbul olub.
 
2003-cü ildə Sumqayıt Dövlət Universitetinin Klubunda Bədii rəhbər vəzifəsində çalışıb. Renessans Tələbə Gənclər Teatrının yaradıcısıdır. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Müxtəlif seriallarda epizodik rollar oynayıb.
 
Vaqif İbrahimov 1997-ci ildə “İrs” folklor ansamblına qatılır, kosa rolunun ifaçısı aktyor Qafar Novruzlu ilə tanışlığı da həmin ildən başlayır. Həmin tarixdən etibarən rəsmi səviyyədə keçirilən Novruz şənliklərində keçəl obrazını yaradır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı