"Şərur qönçələri" uşaq yallı ansamblı
“Şərur qönçələri” yallı ansamblı 1998-ci ildən rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Hazırda kollektivin 24 üzvü vardır: 15 oğlan, 15 qız. Ansamblın repertuarında “Tirmə şal”, “Xələfi”, “Dırqo”, “Köçəri”, “Qaleyi”, “Tello”, “Tənzərə”, “Gopu”, “Qənimo” kimi Şərur rayonu üçün xarakterik 20-yə yaxın yallı növü vardır. Gənclər bu yallıları həvəslə mənimsəyib, ifa edirlər. Ansamblın üzvləri iki yaş qrupu – 9-12 və 13-16 yaşlılardan ibarətdir. “Şərur” xalq yallı ansamblının 6 üzvü “Şərur qönçələri”nin yetirmələridir. Kollektivin rəhbəri Əməkdar mədəniyyət işçisi, prezident mükafatçısı Səttar Qafar oğlu Əhmədovdur.
“Şərur qönçələri” 2006-cı ildə Türkiyənin Qars şəhərində keçirilən 1 nisan Cocuq bayramında uğurlu çıxışlarına görə qızıl medala layiq görülmüşdür. 2008-ci il aprelin 30-da Bakı şəhərində keçirilən “Uşaq rəqs kollektivlərinin festivalı”nda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birinci dərəcəli diplomu ilə təltif olunmuşdur. 2014-cü ilin 6-9 avqust tarixlərində “IV Türk ölkələri Ağrıdağ mədəniyyət və sənət günləri”ndə iştirak etmiş, diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikasında keçirilən xalq yaradıcılığı günləri baxış-müsabiqəsinin qalibləri sırasında bu kollektiv də olub. Gənc istedadlar üçün ən əlamətdar və yaddaqalan hadisə türkdilli dövlət başçılarının Naxçıvan şəhərində keçirilən 9-cu zirvə toplantısı şərəfinə Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramında onların iştirakı olub. Balaca rəqqasların çıxışı dövlət başçıları tərəfindən hərarətlə qarşılanıb.