AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Halay" folklor ansamblı

“Halay” folklor ansamblı 1958-ci ildə Masallı rayonunun Mahmudavar kəndində Ümbülbanu Cəbiyeva tərəfindən yaradılmışdır. 1959-cu ildə geniş fəaliyyətə başlamış ansambl zaman-zaman Azərbaycan səhnələri ilə yanaşı, Macarıstan, Türkiyə, Rusiya – ümumilikdə 30-a yaxın ölkədə konsert vermiş, mükafatlar almışdır. Ansamblın repertuarı Masallının əksər kəndlərində 50-ci illərə qədər dəbdə olmuş, xınayaxdıların, paltarkəsdilərin, toyların əsas elementi sayılan halay rəqs-mahnılarından ibarətdir. Haqqında filmlər çəkilmiş ansamblın hazırda on iki üzvü var. Onlardan ən kiçiyinin 18, ən böyüyünün isə 56 yaşı var.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı