AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Natiq ritm" qrupu

Azərbaycanın tanınmış nağara ifaçısı, əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi qrup 2001-ci ildə yaradılıb. Qrup indiyədək Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Hollandiya, Türkiyə, Tayvan, Cənubi Koreya, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və digər ölkələrdə keçirilən nüfuzlu festival və tədbirlərdə iştirak edib, solo konsertlər verib. 2011-ci ildə Cənubi Koreyada keçirilən “Geumsan World Percussion Performance Art Festival-2011” festivalında iştirak edən “Natiq ritm” qrupu 54 dövlət arasında birincilik qazanaraq “World Grand Prize” mükafatını Azərbaycana gətirməyə müvəffəq olub.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı