AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Tunqay Məlik" folklor kollektivi

“Tunqay Məlik” folklor kollektivi 2015-ci ildə Qax rayonunun S.Vurğun adına Mədəniyyət Mərkəzində yaradılmışdır. Kollektivin repertuarına “Salamməleyküm”, “Zəli-zəli”, “Gəl bura, mahnı deyək”, “Mahnı yaraşır”, “Ay çinə dağlar”, “Ceyranım” kimi qədim xalq rəqsləri və nəğmələri, bayatılar daxildir. Folklor kollektivinin 12 üzvü vardır. Musiqi nömrələri zurna və balabanın müşayiəti ilə ifa olunur. Kollektivin rəhbəri Gülşad Paşayevadır. Kollektiv həm rayon, həm də respublika səviyyəli tədbirlərdə fəal iştirak edir. Şəki şəhərinin TÜRKSOY tərəfindən Türk dünyasının Mədəniyyət paytaxtı seçilməsi ilə bağlı 2016-cı ilin aprel ayının 28-də keçirilmiş tədbirdə uğurla çıxış etmişdir. Kollektivin heyəti bu gün də qədim bayatıları və el nəğmələrini toplamaqla məşğuldur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı