AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bayramova Narış (nağılçı)

Narış İsa qızı Bayramova 1949-cu il dekabrın 30-da Ağ­cabədi rayonunda anadan olub. Narış Bayramova bildiyi nağılların böyük əksəriyyətini ibtidai sinif müəllimi Ələmşah kişidən eşidib. Söhbət­cilliyi ilə tanınan Ələmşah kişi əv­vəlcə uşaqlardan dərslərini soruşar, sonra nağıl danışardı.
 
Narış Bayramovanın repertuarında lətifə, əfsanə, rəvayət və digər janrlara dair nümunələrin olmasına baxmayaraq, onun sənətkarlıq keyfiyyəti özünü əsasən nağıl janrında göstərir. Ondan yazıya alınmış 13 nağıldan 10-nu müəllimi Ələmşah kişidən, birini qayınanasından eşitmiş, “Şah Abbas və Həsən Qara” , “Sarı donlu qız” nağıllarını isə kitabdan mənimsəmişdir. Keçirdiyi xəstəlikdən sonra Narış Bayramovada tələskənlik, başladığı bir mətni qısa zamanda söyləyib başa çatdırmaq kimi bir vərdiş yaranmışdı. Sürətli söyləməsinə baxmayaraq, Narış Bayramova nağıl mətbəxinə kifayət qədər bələd bir insandır, ona görə də onun söylədiyi nağıllarda nağılçılığın qayda-qanunları, fəaliyyətlərin və ya gedişlərin üçlənməsi, ənənəvi epik məkanlar gözlənilir, formullardan geniş istifadə olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı