AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Kilimarası" folklor kollektivi

"Kilimarası" folklor kollektivinin tərkibində Mehralı Süleymanov, Süleyman Süleymanov, Rövşən Əliyev kimi aktyorlar fəaliyyət göstərmiş, oynadıqları oyunlarla xalqın rəğbətini qazanmışlar. Folklor kolllektivi 1985-1987-ci illərdə İraq, İsrail, Türkiyə və Fransada, həmçinin keçmiş ittifaq daxilindəki müxtəlif şəhərlərdə Moskva, Leninqrad, Alma-Ata və Düşənbədə keçirilmiş tədbirlərdə uğurla çıxış etmişdir. Kollektiv Moskva və Leninqradda I və II Ümumittifaq Xalq Yaradıcılığı Festivallarında uğurlu çıxışı ilə festivalların laureatı adını qazanmışdır. 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra kollektiv Gəncə şəhərində fəaliyyətini davam etdirir. "Kilimarası" folklor kollektivi əlamətdar günlərdə, bayram tədbirlərində, əsgərlərlə görüşdə, həmçinin Dənizkənarı Milli Parkda keçirilən Novruz bayramı şənliklərində iştirak etmiş və fəallığına görə təşəkkürnamələr almışdır.

"Kilimarası" folklor kollektivinin repertuarı kilimarası oyunundan, kuklalardan, qədim rəqslərdən, el havalarından ibarətdir. Vaxtilə Azəbraycanın bir çox bölgələrində oynanılan kilimarası oyunu sonralar unudulmuş, indi ancaq bu kollektivin ifasında yaşamını sürdürür. Bu oyun Kəlbəcər rayon, Ağcakənd sakini Mehralı Süleyman oğlu Mehtiyevdən oğlanları Şəfaqət və Süleymana, onlardan da gənc nəslə ötürülməklə günümüzə gəlib çatmışdır. Hazırda "Kilimarası" oynunun ifaçısı Mədəniyyət evinin işçisi Rövşən Əliyevdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı