"Xudafərin" instrumental xalq çalğı alətləri kollektivi
A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin nəzdindəki “Xudafərin” instrumental ansamblı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 6 may 1998-ci il tarixli qərarı ilə “Xalq kollektivi” adına layiq görülmüşdür. “Xudafərin” instrumental xalq kollektivi Allahverdi Nəcəfovun rəhbərliyi altında şəhər və rayon miqyasında keçirilmiş tədbirlərdə fəal iştirak etmiş, həmçinin hərbi hissələrdə əsgər və zabit heyəti qarşısında maraqlı konsert proqramları ilə çıxış etmişdir. 1999-2008-ci illərdə bədii özfəaliyyət kollektivlərinin “İstedad” devizi ilə keçirilmiş baxış-müsabiqələrinin diplomlarına, 2012-ci ildə isə “Ən fəal xalq kollektivi” nominasiyası üzrə fəxri fərmana layiq görülmüşdür.