AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Folklor Institutu

Folklor İnstitutu ilk dəfə 1994-cü ildə çağdaş Azərbaycan filologiya və estetik fikrinin patriarxı, görkəmli tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ideya müəllifliyi və təşəbbüsü ilə Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə - Folklor İnstitutuna çevrilmişdir.
 
Folklor İnstitutu birbaşa dövlət siyasəti səviyyəsində milli-mənəvi dəyərlərə artan marağın təzahürü, milli-ideoloji işin elmi meyarlarla kompleksləşdirilməsinin faktı kimi yaranmışdır. Ən əski çağlardan üzü bəri xalqın yaratdığı ən gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyun, yarış, tamaşa, rəqs, musiqi və şifahi söz sənətinin operativ şəkildə toplanması və nəşri, digər tərəfdən isə onun aktiv kommunikativ sferaya daxil edilməsi bu İnstitutun missiyalarındandır.
 
Hazırda İnstitutda Klassik folklor, Türk xalqları folkloru, Dədə Qorqud, Aşıq yaradıcılığı, Mifologiya, Mərasim folkloru, Müasir folklor, Folklor və yazılı ədəbiyyat, Folklorun toplanması və sistemləşdirilməsi, Musiqi folkloru, Çənubi Azərbaycan folkloru, Azsaylı xalqların folkloru, Təhsil, Beynəlxalq və ictimai əlaqələr şöbələri, həmçinin Folklor fondu, Şəki bölməsi, Qazax-Borçalı bölməsi və “Dədə Qorqud” folklor ansamblı fəaliyyət göstərir.
 
Qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində müttəfiq respublikaların Elmlər Akademiyaları sistemində Folklor və Etnoqrafiya, Folklor və Arxeologiya bölmə və institutları fəaliyyət göstərirsə də, Azərbaycanda belə bir institut mövcud deyildi. Folklor Elmi-Mədəni Mərkəzinin yaranması, sonralar onun Folklor İnstitutuna çevrilməsi bu boşluğun aradan qaldırılması üçün geniş imkanlar açdı. Zəngin folklor materialının toplanması, tərtibi, təsnifi, tədqiqi və nəşri, eləcə də elmi-nəzəri və praktiki işlərin reallaşması ardıcıl və ciddi fəaliyyət sferasına daxil oldu. Belə səmərəli fəaliyyətin nəticəsi çoxcildli regional antologiyaların, tematik elmi topluların, dissertasiya və monoqrafiyaların, tədqiq və tərcümələrin mükəmməl nümunələrinin nəşri üçün geniş imkanlar açdı, folklorumuzun bir çox vacib problemləri öz həllini tapa bildi.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı