AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Samux rayon Mədəniyyət Mərkəzi

Samux rayon Mədəniyyət Mərkəzi 1956-cı ildə Mədəniyyət evi kimi fəaliyyətə başlamış, 2015-ci ildən isə yeni struktura uyğun olaraq Mədəniyyət Mərkəzi kimi fəaliyyətini davam etdirir. Mərkəzin 17 filialı vardır: Çobanabdallı kənd Diyarşünaslıq evi, Sərkar kənd Folklor evi, Lək və Ziyadlı kənd Sənətkarlıq evləri, 1 şəhər Mədəniyyət evi, 1 qəsəbə Mədəniyyət evi, 2 kənd evi, 9 klub müəssisəsi. Samux rayon Mədəniyyət Mərkəzində çalışan işçilərin ümumi sayı 94 nəfərdir. Onlardan 68 nəfəri mədəniyyət işçisi, 26 nəfəri texniki işçidir. Mədəniyyət Mərkəzinin nəzdində folklor, bədii qiraət, dram və ingilis dili dərnəkləri vardır. Bu dərnəklərə uşaq və gənclər cəlb olunmuşlar. Mərkəzin diyarşünaslıq, sənətkarlıq və folklor evləri aidiyyəti üzrə ümumrayon mədəniyyət tədbirlərində, Respublikanın paytaxtı Bakı şəhərində keçirilən festival və sərgilərdə iştirak edirlər. Mədəniyyət Mərkəzi 19 iyul 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar “Xalı-xalça” sərgisində fəxri fərmanla, 15 sentyabr 2016-ci ildə “Xalçaçılıq” sənətinin sərgi aksiyasında fəal iştirakına görə diplomla mükafatlandırılmışdır. Mədəniyyət mərkəzi tarixi bayramlar və əlamətdar günlərdə sərgilər, milli mətbəx nümunələri və konsertlərlə ictimaiyyət qarşısında çıxış edir, mütəmadi olaraq rayon rəhbərliyi tərəfindən fəxri fərmanlarla, mükafatlarla təltif olunurlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı