AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Goranboy rayon Mədəniyyət Mərkəzi

1961-ci ildə fəaliyyətə başlamış Goranboy rayon Mədəniyyət evi 2016-cı ildə yeni struktura uyğun olaraq Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəz 2 mərtəbəli binada yerləşir. Binanın ümumi sahəsi 938,50 kv. metrdir. Mərkəzin binası 300 yerlik tamaşa zalı, 1 sərgi zalı, 4 dərnək otağı, 14 inzibati və 5 texniki otaqdan ibarətdir.
 
2012-ci ildə Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Hazırda Mərkəzinin 60 filialı vardır. Onlardan 33-ü mədəniyyət evi statuslu, 27-si klub müəssisəsidir. Mədəniyyət evi statuslu müəssisələrə Dəliməmmədli şəhər incəsənət evi, Qızılhacılı qəsəbə diyarşünaslıq evi, Yeniyol kənd diyarşünaslıq evi, Nizami kənd diyarşünaslıq evi, Sarov kənd diyarşünaslıq evi, Qaradağlı kənd diyarşünaslıq evi, Səfikürd kənd sənətkarlıq evi, Məşədiqaralar kənd sənətkarlıq evi, Hazırəhmədli kənd sənətkarlıq evi, Muzdurlar kənd sənətkarlıq evi, Gürzallar kənd sənətkarlıq evi, Zeyvə kənd folklor evi, klub müəssisələrinə isə 1 saylı şəhər sənətkarlıq klubu, Kələk kənd diyarşünaslıq klubu, Meşəli kənd sənətkarlıq klubu, Veyisli kənd sənətkarlıq klubu, Əlirzalı kənd folklor klubu, Yolpax kənd folklor klubu daxildir. Mərkəzdə, həmçinin “Qarquçaq” folklor kollektivi də fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Toxuculuq dəzgah və alətləri

Azərbaycanın maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri, antik dövrə aid arxeoloji qazıntılar zamanı əldə olunmuş yerli istehsal məhsulları burada mövcud olmuş sosial-iqtisadi və texniki irəliləyişdən xəbər verir. Bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu əsasda geyim və digər məişət vasitələri üçün z...

Ətraflı