AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nalbənd Mirzə Şirinov

Nalbəndlik XX əsrin 50-ci illərinədək geniş yayılsa da, texnikanın inkişafı ilə əlaqədar hazırda bu sənəti yaşadanları barmaqla saymaq olar. Aran Qarabağda nalbəndlik sənətini yaşadanlardan biri də Bərdə rayonunun Birinci Qazaxlar kənd sakini Mirzə Şirinovdur.
 
Mirzə Şirinov 20 ildir nalbəndlik edir. Bu sənəti əmisindən öyrənib. İlk dövrlərdə ancaq öz atlarını nallayan sənətkar tədricən nalbənd kimi tanınmağa başlayıb. Hazırda nəinki Birinci Qazaxlar kəndindən, eləcə də rayonun digər kəndlərindən və ətraf rayonlardan da atlarını nallatmaq istəyənlər ona müraciət edirlər.
 
Nalbənd deyir ki, atı 2-3 yaşlarında nallamaq lazımdır. Sürülməyindən asılı olaraq atlar il ərzində 3-4 dəfə nallanır: “Hər ustanın düzəltdiyi nal eyni olmur. Atı nallamaq üçün çəkic, kəlbətin, yonqar, zindan kimi alətlərdən istifadə edirəm. Nal və mıxları Gəncədən alıram. Bir atın nallanması 25-30 dəqiqə çəkir. Əvvəlcə atın dırnaqları yonqarla yonulur, sonra ayağının ölçüsünə uyğun nallanır. Mıxı elə vurmaq lazımdır ki, mayaya düşməsin. Yoxsa at yeriyəndə axsayar”.
 
İşini çox sevdiyini deyən Mirzə Şirinov unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı