AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nalbənd Ramin Hüseynov

Yevlax rayonunun Salahlı kənd sakini Ramin Hüseynov iyirmi ildən artıqdır ki, nalbəndliklə məşğuldur. Bu sənətə uşaqlıqdan maraq göstərən sənətkar ilk vaxtlarda ancaq öz atlarını nallayıb, sonra tədricən nalbənd kimi tanınmağa başlayıb. Hazırda nəinki Salahlı kəndindən, eləcə də rayonun digər kəndlərindən də atlarını nallatmaq istəyənlər ona müraciət edirlər.
 
Nalbəndin dediyinə görə, nal atın dırnağının sədəfini zədələnməkdən qoruyur. Ona görə nallanmayan at rahat yeriyə bilmir. O, atı nallamaq üçün çəkic, kəlbətin, yonqar, zindan kimi alətlərdən istifadə edir. Nal və mıxları Gəncədən alır. Atın ayağına adətən 2-3 yaşında nal vurulur və  sürülməyindən asılı olaraq bir atı il ərzində 3-4 dəfə nallamaq lazım gəlir. Nalbənd atı nallamağa başlamazdan əvvəl onun dırnaqları yonqarla yonulur, sonra ayağının ölçüsünə uyğun nallayır.
 
İşini çox sevən Ramin usta unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur. Ata-babalarımızdan miras qalmış nalbəndliyin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün qardaşı oğluna da bu sənəti öyrədib.

Əlaqəli nümunələr

Günün nümunəsi

Dabbaq

Azərbaycanda dəriçilik bəsit xalq üsullarından başlayaraq peşəkar dabbaqlığa qədər müxtəlif inkişaf mərhələləri keçmişdir. Bəsit xalq üsulu ilə aşılama texnikası maldarlar arasında daha geniş yayılmışdı. Eymə, tejən, tuluq, dağar, cılğı, motal və s. qabları, habelə çarıq, papaq, kürk kimi geyim vasitələrini hazırlamaq üçün əvvəlcə dəri bəsit üsulla qismən aşılanırdı. Sadə texnologiyaya...

Ətraflı