AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bağban Şahin Kazımov

Şahin Kazımov Tovuzun Alakol kəndində yaşayır. O, 20 ildən artıqdır ki, bağbanlıq sənəti ilə məşğul olur. Onun saldığı qeyri-adi görünüşlü, cəngəlliyi xatırladan bağda 300 mindən çox dekorativ bitki var. Bu bağda palma, qordina, aquba, azaliya və sair bitkilər becərilir. Əsas məqsədi ölkəni dekorativ xarici bitki növləri ilə təmin etmək olan Şahin Kazımov Afrika, Cənubi Amerika və Avropadan bir-birindən maraqlı bitkilərin toxumlarını əldə edərək, onu yerli iqlimə uyğunlaşdırır, toxum götürür və yenidən səpərək bitkini çoxaldır.
 
Şahin Kazımovun yetişdirdiyi ağaclardan və dekorativ güllərdən yaşadığı kəndin yolunun ətrafının yaşıllaşdırılmasında da istifadə olunub.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı