AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Fərqanə Abidova

Abidova Fərqanə Seyfulla qızı 1984-cü ildə Xaçmaz rayonunun Əbilyatağ kəndində anadan olub.1991-ci ildə Əbilyatağ kənd orta məktəbinə daxil olub və 2002-ci ildə həmin məktəbi bitirib. Ailədə anası və nənəsi xalça toxuduğundan onun bu sahəyə marağı yaranıb. O, artıq 5 yaşında xalça toxumağı öyrənib. İlk toxuduğu xalça Quba qrupuna aid Pirəbədil xalçası olub.
 
2018-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi tədris-hazırlıq kurslarında iştirak edərək bilik və bacarıqlarını təkmilləşdirib. Həmin ildən “Azərxalça”nın Xaçmaz filialında çalışır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Nekropol

Nekropol – yunanca “nekros” və ya “vekros” – ölmüş, + “polis” – şəhər (məzarlıq, qəbiristanlıq) demək olub, adətən, qədim dünyanın kompleks şəkildə dəfn olunma yerlərinə verilən addır. Nekropol yeraltı qalereya, sərdabə və yaxud da qəbir kameralarından ibarət olur, iri həcmli ərazini əhatə edir və dəfn edilənlərin sayı burada yüzlərlə hesablanırdı. Qədim dünyanın Misir, Kiçik Asiya, Et...

Ətraflı