AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəndirbaz Zaur İskəndərov

Azərbaycanda milli kəndirbazlıq məktəbinin nümayəndəsi olan Zaur İskəndərov 19 mart 1978-ci ildə Qubanın Aşağı Quc kəndində anadan olmuşdur. Bir qayda olaraq el şənliklərində, müxtəlif bayram və mərasimlərdə çıxış edir. Atası İskəndər İskəndərov ustad kəndirbaz olmuş, 8 yaşından başlayaraq sənətin incəliklərini Zaura və qardaşı Zəfərə öyrətmişdir. Zaurun əmisi Camaləddin Zalov, əmisi oğlanları Dövlət və  Ənvər peşəkar sirk artistləri kimi kəndir üzərində mürəkkəb hərəkətlər icra ediblər.

Zaur İskəndərov milli mədəniyyətimizi Azərbaycanın bölgələri ilə yanaşı, Fransada, İsveçrədə, Rusiyada, Türkiyədə, İranda, Türkmənistanda, Özbəkistanda şərəflə təmsil etmişdir. Hazırda Quba rayonunda yaşayan ustad kəndirbaz tez-tez müxtəlif bayram tədbirlərində çıxış edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı