AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Kəndirbazlar" sirk-folklor kollektivi

“Kəndirbazlar” sirk-folklor kollektivi 1988-ci ildə yaradılmışdır. Ağdaş rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərir. Kollektiv rayonda keçirilən tədbirlərin əksəriyyətində yaxından iştirak edir. Dəfələrlə respublika miqyaslı tədbirlərə dəvət olunmuş, çıxışları müxtəlif televiziya kanallarında nümayiş olunmuşdur. Kollektiv Misir Ərəb Respublikasında keçirilən beynəlxalq festivalda Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir. Kollektivin üzvləri 2012-ci ilin mart ayında Bakı şəhərində keçirilən Novruz şənliklərində fəal iştirak etmişlər.

“Kəndirbazlar” sirk-folklor kollektivi əsasən Qəribli kəndində yaşayan bir ailənin üzvlərindən ibarətdir. Yarandığı gündən kollektivə Məhəmməd Mayıl oğlu Paşayev rəhbərlik edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı