AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tənburçu Mamed Mamedov

Mamedov Mamed Mikayıl oğlu 1962-ci ildə Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. 1969-cu ildə orta məktəbin 1-ci sinfinə daxil olub. 1979-cu ildə orta məktəbi bitirərək Zaqatala Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1980-1982-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra təhsilini davam etdirib. 1968-ci ildən mədəniyyət sahəsində çalışmağa başlayıb. Atası tənbur ifaçısı olduğundan qədim milli musiqi aləti olan tənbura uşaqlıqdan böyük həvəsi olub, bu sənətin sirlərini də elə atasından öyrənib. Tənburu bu günə qədər el şənliklərində, tədbirlərdə ifa edib. 40 ildən çoxdur ki, tənbur ifaçısıdır. Bu sənəti yaşatmaq üçün onun sirlərini oğluna, nəvəsinə də öyrədib.

Mamed Mamedov 1985-ci ildən Dardoqqaz kənd folklor klubunda müdir vəzifəsində çalışır. Bir çox beynəlxalq və respublika səviyyəli tədbirlərdə və festivallarda iştirak edib, fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Karvansara

Tarixi Azərbaycan ərazisi coğrafi mövqeyi və iqtisadi resurslarına görə çox qədim zamanlardan dünya ölkələri arasındakı iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynamışdır. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək Yolu Azərbaycanı dövrün beynəlxalq ticarətinə qovuşdurmuş, dünya ölkələri arasında qədim zamanlardan mövcud olan iqtis...

Ətraflı