AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dulusçu Nəcəf Qədirov

Quba rayonunun Yenikənd kəndində yaşayan Nəcəf Qədirov şimal bölgəsində dulusçuluqla məşğul olan yeganə sənətkardır. Otuz ildən çoxdur dulusçuluqla məşğul olan sənətkar bu işi hərbi xidmətdən qayıtdıqdan sonra həmkəndlilərindən öyrənib. Ötən əsrin səksəninci illərində Yenikənddə dulusçuluqla məşğul olan 6-7 tanınmış sənətkar olduğu halda, hazırda bu ənənəni yalnız 53 yaşlı Nəcəf Qədirov yaşadır.
 
Dulusçuluq məhsulları təbii materialdan hazırlandığı üçün ərzaqları uzun müddət və keyfiyyətini itirmədən saxlamağa imkan verir. Ona görə dulusçuluq məmulatlarına hər zaman ehtiyac duyulmuşdur. Xüsusən də turizm məkanlarında gildən hazırlanmış qablardan dekor kimi istifadə olunması bu məhsullara tələbatı daha da artırmışdır. Bununla əlaqədar, Nəcəf Qədirov da öz işini  tələbata uyğun qurmuşdur. O, nehrə, küp, bardaq, kuzə, kasa, piti qabı kimi ənənəvi gil qablarla yanaşı, müasir tələbata uyğun məmulatlar da hazırlayır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Dulusçu

Dulusçu əl və ayaq çarxında gil məmulatından müxtəlif formalı qabların hazırlanması ilə məşğul olan qədim peşə sahiblərindən biridir. Azərbaycan ərazisinin zəngin gil yataqları və ucuz odun ehtiyatına malik olması, əhalinin məişətində dulus məmulatlarına zəruri tələbat, sənətkarlıq təcrübəsi saxsı məmulatı istehsalının uzun müddət davam etdirilməsində başlıca rol oynamış, öz növbəsində...

Ətraflı