AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Ceyranım" folklor ansamblı

Zaqatala rayonu Suvagil kənd Folklor evinin “Ceyranım” folklor ansamblı 1973-cü ildə yaradılıb. Hazırda ansamblın rəhbəri Qədir Qurbanovdur.
 
Ansambl 1987-ci ildə Respublikada keçirilən Ümumittifaq festivalında, 2006, 2008, 2011-ci illərdə Respublikamızda keçirilən Azsaylı xalqların folklor festivallarında və bir çox müsabiqələrdə iştirak etmişdir. 2014-cü ildə 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü ilə əlaqədar ansambl Lider televiziyasına dəvət olunmuş və geniş proqramla çıxış etmişdir.
 
Ansambl 2015-ci ildə Şəki şəhərində keçirilən İpək yolu Beynəlxalq Festivalında fəal iştirak etmiş və mükafatla təltif olunmuşdur. 2016-cı ildə Azsaylı xalqların V Respublika Festivalında iştirakına görə kollektiv Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülmüşdür.
 
1994-cü ildə “Ceyranım” ansamblına “Xalq kollektivi” adı verilmişdir. Kollektivin repertuarına saxurların toy adətləri, xınayaxdı mərasimi, “Ala gözlüm”, “Ceyranım”, “Tello”, “Salam-Məlik”, “Sarıbaşlı” və s. saxur mahnıları və rəqsləri daxildir.  

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı