AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəfərova Şərqiyyə (nağılçı)

Şərqiyyə Əli qızı Cəfərova 1946-cı ildə Saatlı rayonunun Hacıqasımlı kəndində anadan olub. Yeddinci sinfə qədər Hacıqasımlı kənd orta məktəbində oxuyub, daha sonra təhsilini Saatlı şəhə­rində qiyabi davam etdirib. Uzun müddət Saatlı rayon xəstəxanasında tibb bacısı işləyib.
 
Şərqiyyə Cəfərova yas məclislərini aparmasına baxma­yaraq, tək bir janr üzərində köklənməyib, olduqca zəngin re­per­­tuara malik­dir. Onun repertuarından sehrli nağıllar, dini na­ğıl­lar, novellavari nağıllar və qaravəllilərə dair maraqlı nümu­nələr, həmçinin lətifə­lər, pey­ğəmbərlər, dini şəxsiyyətlər haq­qında rəvayətlər yazıya alınmışdır. Ümumiyyətlə, Şərqiyyə Cəfərovadan 24 nağıl, 10 əfsanə və rəvayət, 6 lətifə toplanmışdır.
 
Şərqiyyə Cəfərova uşaqlıq illərini şifahi ənənənin gözəl bilicisi Seyid Xədicənin yanın­da keçirmişdir. Özünün dediyinə görə, payız axşamları, məhərrəmlikdə, orucluqda ağbirçəklər Seyid Xədi­cəgilə yığılardılar. Həm hana toxuyar, həm də maraqlı söhbət edər, hədislər danışardılar. Uşaq vaxtın­­dan belə söh­bət­lərə marağı olan Şərqiyyə Cəfərova ağbirçəklərin ya­nında oturub söhbətlərinə qulaq asmaqla, onları hafizə­­sin­də saxla­mışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Kurqan

Arxeologiyada “kurqan” sözü tək və çoxsaylı dəfnlər, habelə, xatirə (cənazəsiz, kenotaf) qəbirlərin, müxtəlif dəfn tikililərinin (qazma, yarımqazma tipli qəbir kameralar, daş qutu qəbirlər, yerüstü və yeraltı sərdabələr, katakomba, çapma və s.) üzərində daşdan, torpaqdan və qarışıq (daş-torpaq) materialdan ucaldılmış süni təpəni ehtiva edir. “Kurqan” termini, əsasən, Şərqi Avropa və ke...

Ətraflı