AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sənətkar Ağayev Zeydulla

Ağayev Zeydulla Səcər oğlu 1956-cı ildə Xaçmaz rayonunun Mürşüdoba kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məzunudur. 1973-cü ildən fəaliyyət göstərir. 44 il iş təcrübəsi var. Əlvan metal üzərində bədii döymə sənəti ilə məşğuldur. Tətbiqi sənətlə bağlı ölkə, region və rayon tədbirlərində iştirak etmişdir. ATV, İctimai TV, və Regional TV-nin sənətkarlarla bağlı verilişlərinə çəkilmiş, 6-8 aprel 2017-ci il tarixində Beynəlxalq Turizm Sərgisində iştirak etmişdir. Dəmir və ağacdan hazırladığı müxtəlif alətlərlə işləyir. Ev şəraitində fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı