AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“Arzum” xalq çalğı alətləri ansamblı

“Arzum” xalq çalğı alətləri ansamblı Gəncə şəhər Mədəniyyət Mərkəzində 2015-ci ildən fəaliyyət göstərir. Ansamblın 7 üzvü müxtəlif musiqi alətlərində müşayətçidirlər, 4 nəfər isə solist kimi fəaliyyət göstərir. Ansamblın repertuarında Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, aşıq musiqisi əsas yer tutur. “Arzum” xalq çalğı alətləri ansamblı şəhər əhalisinin asudə vaxtının səmərəli təşkili üçün mütəmadi olaraq konsert proqramı ilə çıxış edir. Ansambl Novruz bayramında, 26 İyun – Silahlı Qüvvələrin yaradılması günündə və digər əlamətdar günlərdə konsertlər təşkil etmiş, fəxri fərmanlarla təltif olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı