AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Ailə" folklor ansamblı

İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Ailə” folklor ansamblına Azərbaycan SSR Mədəniyyət Nazirliyi Kollegiyasının 24 noyabr 1989-cu il tarixli qərarı ilə “Xalq kollektivi” adı verilmişdir. Ansambla uzun müddət Ziyadxan Cəbrayılov rəhbərlik etmişdir. Hazırda isə oğlu Azad Cəbrayılov ansamblın rəhbəridir. Ansamblın repertuarında folklor, teatrlaşdırılmış tədbirlər, xalq mahnıları və bəstəkar mahnıları geniş yer tutur.   
 
Kollektiv şəhər və rayon miqyasında olan tədbirlərdə fəal iştirak edir. Dəfələrlə müxtəlif festivalların iştirakçısı olmuş və diplomlara layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı