AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

M.Ə.Sabir adına Balaxanı qəsəbə Kukla Xalq Teatrı

M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin “Kukla” Xalq Teatrı 1993-cü ildə yaranmışdır. Yarandığı gündən etibarən dövlət tədbirlərində, Novruz şənliklərində, bağça və məktəblərdə müxtəlif tamaşalarla çıxış etmişdir. 2008-ci ildə Xalq Teatrlarının I Ümumrespublika Baxış-Müsabiqəsində fəal iştirakına görə diplomla təltif edilmişdir. 2010-cu ildə Bakı şəhər Xalq Teatrları Festivalında “Tülkünün bahar sərgüzəştləri” tamaşası ilə üçüncü yerə layiq görülmüş, 2015-ci ildə isə “Qış nağılı” tamaşasına görə fəxri fərmanla təltif edilmişdir. 2017-ci ildə II Respublika Xalq Teatrları Festivalında “Tülkünün aqibəti” adlı tamaşa ilə çıxış etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı