AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qaradağ rayon "Aşıqlar" xalq kollektivi

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin "Aşıqlar" kollektivi 1987-ci ildən “Xalq kollektivi" adına layiq görülmüşdür. Yarandığı gündən 2011-ci ilə qədər kollektivin rəhbəri aşıq Xanmusa Musayev olmuşdur. Bu kollektivdə bir çox tanınmış aşıqlar və balaban ustaları yetişmişdir ki, onlar arasından aşıq Rza Qobustanlı, Aşıq Süleyman, Aşıq İslam, Aşıq Əli, Aşıq Cavid və Aşıq Məharət, balaban ustalarından İzzətalı Zülfüqarovun adını çəkmək olar. 2011-ci ildən kollektivə Aşıq Əli Tapdıqoğlu rəhbərlik edir. "Aşıqlar" xalq kollektivi Türkiyədə (2003-2004), Fransada (2008), Özbəkistanda (2010), İraqda (2001-2002), Belarusiyada (2010) keçirilmiş müxtəlif festivallarda iştirak etmiş və qalib olmuşdur.

2010-cu ildə YUNESKO-nun xətti ilə Fransada keçirilən Dünya mədəniyyətlərinin sərgisində və Şirvan aşıqlarının konsert proqramında, 2014-cü ildə Rusiyanın Kazan şəhərində TÜRKSOY-un təşkil etdiyi Türkdilli Dövlətlərin Mədəniyyət günlərində, 2014-cü ildə İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən "Qədir-Xum" Beynəlxalq Festivalında, 2015-ci ildə TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyə, Fransa və Almaniyada keçirilən Novruz tədbirlərində "Aşıqlar" xalq kollektivi də iştirak etmişdir.

“Aşıqlar” xalq kollektivi Respublika Aşıqlar Qurultayında, Aşıq Şəmşir adına Ümumrespublika Gənc Aşıqlar Festivalında iştirak etmiş və həmin festivalda aşıq Əli Tapdıqoğlu laureat adına layiq görülmüşdür. 2009-cu ildə kollektiv “Bakı İslam Mədəniyyətinin paytaxtı” silsilə tədbirlərində də iştirak etmişdir. Bundan əlavə, kollektiv dövlət tədbirlərində, şəhər və rayon miqyasında keçirilən tədbirlərdə, qəsəbədə, hərbi hissələrdə, müxtəlif müsabiqələrdə, festivallarda iştirak etmiş, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Əkinçilik təsərrüfatı

Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuşdur. Əkinçilik sistemləri yüksək əkinçilik mədəniyyətinin nəticəsi olmaqla yanaşı, xalq əkinçilik texni...

Ətraflı