AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tovuz rayon Xalq Teatrı

Tovuz Xalq Teatrı 1972-ci il aprelin 6-da Firuddin Aşırovun “Mənim gözəlim” əsəri ilə fəaliyyətə başlamışdır. Yarandığı gündən teatrda klassiklərdən Əbdürrəhim bəy Haqverdiyevin “Bəsri Cahan”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, “Aydın”, “Göz yaşı içində gülüş”, “Almaz”, “Sevil”, Mirzə Fətəli Axundovun “Hacı Qara”, Nəcəf bəy Vəzirovun “Ağa Kərim Ərdəbili”, müasir dramaturqlardan Salman Əliyevin “Aşıq Ələsgər”, İbrahim İbrahimovun “Qacaq Tanrıverdi”, Hidayət Orucovun “Məhəbbət yaşayır hələ”, Mirzəağa Atəşin “Qaynananın kələyi”, Süleyman Sani Axundovun “Namus”, Mirzə İbrahimovun “Həyat” pyesləri, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, “Çimnaz xanım yuxudadır”, Səməd Vurğunun “Vaqif” və digər əsərləri səhnələşdirilmişdir.

Teatr 1978-ci ildə Bakıda keçirilən “Teatr-78” festivalında Nəcəf bəy Vəzirovun “Ağa Kərim Ərdəbili” əsərinə görə II yerə layiq görülmüşdür. 1979-cu ildə Mingəçevirdə keçirilən festivalda Mirzə İbrahimovun “Həyat”, 1980-ci ildə Şamaxıda keçirilən festivalda Salman Əliyevin “Aşıq Ələsgər” pyesləri ilə teatr 1-ci yerə layiq görülmüşdür. Xalq teatrının kollektivi Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Şəmkir, Qazax və başqa şəhər və rayonlarda, Gürcüstanın azərbaycanlı soydaşlarımız yaşayan rayonlarında geniş repertuarla çıxış etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Aşıq havaları

Azərbaycan folklorunun çox qədim və zəngin qolu olan aşıq musiqisinin əsasını aşıq havaları təşkil edir. Aşıq havaları məzmun və obraz müxtəlifliyi, melodik gözəlliyi, dərin emosional ovqatı, metr-ritmik zənginliyi, forma və quruluşunun mükəmməlliyi ilə fərqlənir. Bu musiqi havaları xalqımızın tarixi və məişətini, hiss və həyəcanını, həyata baxışlarını özündə əks etdirir. Aşıq havaları...

Ətraflı