AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Misri" aşıqlar qrupu

1960-ci ildən Aşıq Əkbərin, Aşıq İmranın, Aşıq Xanların miras qoyduğu “Aşıqlar” ansamblı hazırda “Misri” aşqılar qrupu adı altında fəaliyyət göstərir. “Misri” qrupuna Aşıq Əkbər Cəfərovun oğlu Cahandar Cəfərov rəhbərlik edir. “Misri” aşıqlar qrupu Tağıyev Lətif, Yüsifov Muğdət, Məmmədov Rövşən, Məmmədova Estella, Tağıyev Kamandar, Quliyeva Vüsalə və başqa aşıqlardan ibarətdir. Qrup Mədəniyyət Mərkəzində həftənin III və V günləri məşqlər edir və gənc aşıqlara qədim saz sənətinin sirlərini öyrədirlər. "Misri" qrupu rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, şair və yazıçıların yubileylərində, el şənliklərində bir-birindən maraqlı çıxışlari ilə yadda qalıb. Rayona gələn yerli və xarici turistlər, həmçinin rayon əhalisi üçün yay mövsümündə mədəni xidmətlər təşkil edərək onların əhval-ruhiyyəsini qaldırmağa nail olurlar.
 
Qrupun hər bir üzvü aşıqlara məxsus milli geyimlə təmin olunmuşdur. Qrup hərbi hissələrdə təşkil olunan Novruz bayramlarında, gənclərin hərbi hissələrə yola salınması tədbilərində layiqincə iştirak etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Hazırda “Misri” qrupunun üzvləri Aşıq Cahandar Cəfərovun rəhbərliyi ilə fəaliyyətlərini unudulmaqda olan aşıq havalarının üzə çıxarılması və cəmiyyətə təqdim edilməsi üzərində qurmuşlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı