AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Osmanlı divanisi

Nümunənin reyestr kodu : FM0101000007

Bu hava üç adda mövcuddur: “Ayaq divani”, “Bəhri divani”, “Osmanlı divanisi”. Hava Şur ladına əsaslanır. Aşıq Kamandarın təqdimatında səslənən “Ayaq divani” havası təmkinli, bir qədər düşüncəli, dərin mənalı xarakter daşıyır. Bu da havanın mətni ilə əlaqədardır. Melodiya sekunda münasibətli səslərin kiçik diapazonda hərəkəti ilə qurulur. Bu melodik qurumda ladın Sarənc pərdəsi daha çox vurğulanır. Hava şah pərdə kökündə ifa edilir, poetik əsası divani janrındadır.