AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan Arıçılar Assosiasiyası

“Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi 2016-cı ilin fevralında yaradılmışdır. Bu günə qədər Assosiasiyanın Respublika üzrə arıçılar yaşadığı rayonlarda 29 şöbəsi yaradılmışdır. Daha 23 rayonda şöbələrin yaradılması gündəlikdədir. Ümumilikdə, Assosiasiya Respublikanın 52 rayonunda 2000-dən çox arıçı və arıçılıq sahəsində çalışan sahibkarı özündə birləşdirir.
 
Assosiasiyanın yaranmasında məqsəd ölkədə arıçılığın inkişaf etdirilməsinə, arıçıların problemlərinin həllinə, arıçılığın ölkə iqtisadiyyatında layiqli yer tutmasına, Azərbaycan arıçılığının dünya səviyyəsinə qaldırılmasına, arıçılıq sahəsində ümumi konsepsiyanın hazırlanmasına və arıçılıqla bağlı digər məsələlərin reallaşdırılmasına xidmət etməkdir.
 
Assosiasiyaya arıçılıqla bağlı olan, arıçılıq sahəsinə və arıçılığın inkişafına xidmət göstərən hüquqi və fiziki şəxslər üzv ola bilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı