AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağdaş rayon Mədəniyyət Mərkəzi

Ağdaş rayon Mədəniyyət Mərkəzi  (keçmiş rayon Mədəniyyət Evi) 1959-cu ildə yaradılmışdır. 2015-ci ildən etibarən Mədəniyyət Evi Mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin binası əsaslı təmir olunaraq yüksək səviyyədə iş şəraiti yaradılmış, invertar avadanlıqlarla təchiz olunmuşdur. Bina,  ümumi sahəsi 2100 kv.m olmaqla tamaşa zalı, sərgi zalları, 4 dərnək otağı, 6 inzibati otaq və texniki otaqlardan ibarətdir.
 
Hazırda Mədəniyyət Mərkəzinin nəzdində 45 klub müəssisəsi fəaliyyət göstərir ki, bunlardan üçü diyarşünaslıq, beşi folklor, beşi sənətkarlıq üzrə profilləşmişdir. Hazırda rayon Mədəniyyət Mərkəzində 127 mədəniyyət  işçisi çalışır.
 
Mədəniyyət Mərkəzində 1960-cı ildən etibarən “Xalq teatrı” fəaliyyət göstərir. Eləcə də Mərkəz və filiallarında “Kəndirbazlar” sirk-folklor kollektivi, “Teşti” folklor ansamblı, rəqs dərnəkləri və digər yaradılmalar fəaliyyət göstərir.  Ansambl və qruplar Ağdaş rayonunda keçirilən ümumrayon tədbirlərində hər zaman fəal  iştirak edərək qədim adət-ənənələrimizi, xalq oyunlarını, deyimlərini, musiqisini nümayiş etdirirlər. Bakı şəhərində keçirilən ümumrespublika “Novruz” bayramı tədbirində, eləcə də düşmənlə təmas xəttində yerləşən mövqelərimizdə xidmət edən əsgərlər qarşısında uğurla çıxış edir və yüksək fəallıq göstərirlər.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı