AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Biləsuvar rayon Mədəniyyət Mərkəzi

Biləsuvar rayon Mədəniyyət evi 2015-ci ildən Mədəniyyət Mərkəz kimi fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 15 yardımçı otaqdan, 600 nəfərlik tamaşa zalından, 2 foye və 1 qarderobdan ibarətdir. Binanın ümumi sahəsi 4000 kv/m, həyətyanı sahəsi 0,05 ha-dır. 17 filialı öz ətrafında birləşdirən Mərkəzdə aşağıda adları çəkilən mədəniyyət evləri və klublar fəaliyyət göstərir: Xırmandalı kənd Folklor evi, Nəsimi kənd Folklor evi, Amankənd Sənətkarlıq evi, Ağayrı kənd Diyarşünaslıq evi, Nərimankənd Folklor klubu, Təzəkənd Sənətkarlıq klubu, 4 kənd mədəniyyət evi, bir şəhər, altı kənd klubu. Mədəniyyət Mərkəzində (filial ilə birlikdə) 76 ştat mövcuddur. Biləsuvar rayon Mədəniyyət Mərkəzi ümumrayon tədbirlərində fəal iştirak edirlər. 2017-ci ildə Mədəniyyət Mərkəzi tərəfindən 497 (filial ilə birlikdə) mədəni-kütləvi tədbir həyata keçirilmişdir. Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Anar” instrumental ansamblı, “Sevinc”, “Yallı” rəqs kollektivləri, “Çobanlar” rəqs qrupu, “Haxışta” folklor qrupu, dram dərnəyi, maraq klubları, həvəskar birliklər, toxuculuq və rəsm dərnəkləri fəaliyyət göstərir. Ümumilikdə, Mərkəzdə 44 dərnək fəaliyyət göstərir.
 
2017-ci il ildə xalq artisti M.Mirzənin 70, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P.Vaqifin 300 illik yubleylərinə həsr olunmuş tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, Mədəniyyət Mərkəzində (filial ilə birlikdə) əlamətdar və tarixi günlərə həsr edilmiş ənənəvi tədbirlər həyata keçirilmişdir. 20 yanvar faciəsi, 26 fevral Xocalı faciəsi ilə əlaqədar ədəbi-bədii kompozisiyalar, tamaşalar hazırlanaraq əhaliyə təqdim edilmişdir. 2017-ci ildə Mədəniyyət Mərkəzində ulu öndərin həyatına həsr edilmiş sənədli filmlər nümayiş etdirilmiş, "Tarix yaradan şəxsiyyət" adlı ədəbi-bədii kompozisiya göstərilmişdir. 28 may Respublika günü, 15 iyun Milli Qurtuluş günü, 26 iyun Silahlı Quvvələr günü, 18 avqust Sərhədçi günü, 18 oktyabr Müstəqillik günü və 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş konsertlər verilmişdir. Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirlər mütəmadi olaraq yerli qəzetlərdə işıqlandırılmış, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet səhifəsində (www.bilasuvar.mctgov.az) bu haqda ətraflı məlumat yerləşdirilmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı