AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəmkir rayon Mədəniyyət Mərkəzi

Şəmkir rayon Mədəniyyət Mərkəzinin rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən 45  filialı vardır. Mərkəzdə 5 dərnək fəaliyyət göstərir: rəqs, aşıq, zərb alətlər, yaradıcı gənclər klubu, muğam dərnəkləri. Mərkəz tərəfindən rayon ərazisində əhalinin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. 2017-ci ildə “Gənclər günü", Beynəlxalq qadınlar günü, 9 may “Qələbə günü”, Respublika günü, “Milli Qurtuluş günü”, “Silahlı Qüvvələr günü” münasibəti ilə konsertlər verilmiş, 20 yanvar hadisələrinin 27-ci ildönümü, Xocalı faciəsi, Beynəlxalq qadınlar günü münasibəti ilə dəyirmi masalar təşkil edilmişdir. Bundan başqa, Şəmkir rayon Mədəniyyət Mərkəzi kənd, qəsəbə klubları və kənd mədəniyyət evləri üçün metodik tövsiyyələr verir, filiallarda təşkil edilən tədbirlərdə yaxından iştirak edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı