AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Naftalan şəhər Mədəniyyət Mərkəzi

Naftalan şəhər Mədəniyyət evi 1992-ci ildə Naftalan şəhər Mədəniyyət şöbəsinin nəzdində yaradılmış, 2015-ci ildə Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mədəniyyət Mərkəzində bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir. 1992-ci ildə yaradılmış həmin kollektivin 8 üzvü vardır. Kollektiv hər il “20 Yanvar” faciəsi ilə əlaqədar “Şəhidlər ölmürlər” və “Xocalı soyqırımı”nın ildönümü ilə bağlı “Xocalı dərdi sağalan deyil” ədəbi-bədii kompozisiyalarını təqdim edir, Novruz bayramı və təqvim ilinin dəyişməsi ilə əlaqədar el şənliklərində müntəzəm konsert proqramları ilə çıxış edirlər. Kollektiv həm də şəhərimizdə fəaliyyət göstərən sanatoriya və istirahət mərkəzlərində müalicə alan xarici və yerli qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün rəngarəng konsert proqramları təşkil edir.

Bədii özfəaliyyət kollektivi eyni zamanda şəhərin ayrı-ayrı müəssisələrində, ümumtəhsil məktəblərində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərini birləşdirərək onlar arasında geniş iş aparmış və şəhərdə yerləşən “N” saylı hərbi hissəni hamiliyə götürmüşdür. Kollektiv əlamətdar və bayram günlərində əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxış etmiş, hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkürnamələr və fəxri fərmanlarla təltif olunmuşdur. Mədəniyyət Mərkəzinin filiallarında musiqi, dekorativ əl işləri, rəsm və toxuculuq dərnəkləri fəaliyyət göstərir. Hazırda Mədəniyyət Mərkəzinin inzibati binası yoxdur, uyğunlaşdırılmış binada fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı