Çustçu, Dabbaq və Daşyonan nümunlərinin məlumat bazası formalaşdırılmışdır
May 31, 2020 16:52
Azərbaycanın Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinə alınmış daha üç nümunənin – “Çustçu”, “Dabbaq” və “Daşyonan” nümunələrinin məlumat bazası formalaşdırılmışdır. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası və daşıyıcıları haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən yazılmışdır.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
Məlum olduğu kimi, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 670-dən çox qeyri-maddi mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilmişdir.