AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qalayçı Ruhlan Mustafazadə

Ruhlan Mustafazadə qədim xalq sənətini yaşadanlardan biridir. 29 yaşlı bu gənc hazırda Şəki şəhərindəki emalatxanasında ulu babalardan yadigar qalan və nəsildən-nəslə ötürülərək günümüzədək yaşadılan sənətlə – qalayçılıqla məşğuldur. Ruhlan uşaq yaşlarından bu sənətlə məşğul olmağa başlamış, atasına kömək edə-edə bu sənəti öyrənmişdir. Artıq 10 ildən çoxdur ki, bu işlə sərbəst məşğul olur. Bu sənət Ruhlanın, ümumən Mustafazadələr nəslinin dolanışıq yeridir. Ulu babası Yusif, babası Bağır və atası da vaxtilə tanınan sənətkarlardan olublar. Gənc ustanın sözlərinə görə, sənətkarlıq elə sahədir ki, mütləq qanda olmalıdır. “Tarixən də belə olub. Qalayçının oğlu qalayçı olub, dulusçunun oğlu dulusçu, halvaçının oğlu da halvaçı. Bu, Şəkidə ənənədir. Mən də çalışıram ki, bu ənənəni qoruyub saxlayım”.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı