AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sandıq ustası Seyfəddin Əzizov

Seyfəddin Əzizov Masallının Ərkivan kəndində anadan olub. 15 ildir ki, öz kəndlərində sandıq hazırlamaqla məşğuldur. Sandıq hazırlamağı atasından öyərndiyini deyir: "15 ildir ki, sandıq düzəltməklə məşğulam. İlk günlər atamla birlikdə işləyərdim. İndi özüm sərbəst işləyirəm. Bir günə 1-2 sandıq hazırlaya bilirəm".
 
Sandıqların qiyməti ölçüsünə görə dəyişir. 10 manatdan başlayaraq 70 manata qədər uzana bilər. Sifarişlərin daha çox qonşu kənd və rayonlardan olduğunu deyir. Sandıq hazırlamaq üçün isə taxtanın 1 kubunu 300 manata alır: "Hazır taxta alırıq. 1 kub taxtanı 300 manata alırıq. 1 kubdan da təxminən 10-12 sandıq hazırlamaq mümkündür".
 
Sandıq almaq üçün Seyfəddingilə qonşu kəndlərdən də çoxlu sifarişlər gəlir. 

 

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı