Çəllək ustası Cahan Cəfərov
Çəllək ustası Cahan Cəfərov fəaliyyəti dövründə taxtadan hazırladığı sənət nümunələri ilə daima alıcılarını heyran qoya bilib. Onun hazırladığı çəlləklər, dibçəklər, vedrə, limon qabı, dəri aşılamaq üçün barabanlar və s. əl işlərinə hər bir bölgədə rast gəlmək olar.
Çəllək hazırlamaq qadın işi deyil, onunla yalnız kişilər məşğul olub. Kimi bu çəlləklərdə şərab, kimi bal, kimisi də bəkməz saxlayıb. Göygöl rayonunda fəaliyyət göstərən Mexaniki zavodda çələkçi işləyən Cahan Cəfərov deyir ki, əl qabiliyyətinə görə hətta respublikada fəaliyyət göstərən şərab zavodlarına ezam olunub və verilən sifarişləri yerinə yetirib. İşinin öhdəsindən layiqincə gəldiyi üçün o, cəmi bir ilə altıncı dərəcəli usta adına layiq görülüb.

Müasir zamanda elə dəzgahlar, elə alətlər var ki, onlardan istifadə etməklə usta işini yüngülləşdirə bilər. Lakin çəlləyin hazırlanmasında belə alətlərdən az istifadə edilir. Yəni çəllək hazırlanması incəlik tələb etdiyindən bu iş əl əməyi hesabına və zərgər dəqiqliyi ilə görülməlidir. Ölçüsündən asılı olaraq bir çəlləyin hazırlanması üçün 3 gündən bir həftəyə qədər vaxt sərf edilir. Ustanın dediyinə görə, həm əziyyətli, həm də azgəlirli sahə olduğu üçün hazırda gənclər arasında bu sənətə maraq göstərənlərin sayı barmaqla sayılası qədərdir. Əvəllər isə ustanın Şəmkir, Göyçay, Ağstafa və digər bölgələrdən şagirdləri olub.
Cahan Cəfərov çəlləkləri yalnız palıd ağacından hazırlayır. Buna səbəb isə digər ağaclardan hazırlanan çəlləklərin içərisində bir müddət məhsul saxlandıqdan sonra həmin ağacın dadı və ətrinin məhsulda hiss edilməsidir. Ölçülərinə görə müxtəlif olan çəlləklərin satış qiyməti də ölçüsünə görədir. Usta konkret qiymət göstərməsə də, 1 çəlləkdən gəlirinin 30 manata yaxın olduğunu bildirdi.
Çəllək ustası Cahan Cəfərovun əl işləri Azərbaycanın ayrı-ayrı bölgələrində sərgilərdə dəfələrlə nümayiş etdirilib. Həmin əl işlərinə görə Cahan Cəfərov fəxri fərman və diplomlara layiq görülüb.