Xəttat Müzafəddin Əzizov
1948-ci il yanvarın 10-da Quba rayonunun Alpan kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1974-cü ildən (fasilələrlə) AMEA Əlyazmalar İnstitutunda işləyir. Misirdə, Yəməndə və Liviyada tərcüməçi işləmişdir. AMEA Əlyazmalar İnstitutunun hazırladığı elmi-tənqidi mətnlərin kalliqrafik xətlə yazılması M.S.Əzizovun adı ilə bağlıdır. Bundan başqa respublikanın bəzi mədəni və dini obyektlərindəki kalliqrafik yazıların bərpasında və yazılışında yaxından iştirak etmişdir. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olur; ərəb dilindən tərcümə etdiyi bir neçə kitab institutun qrifi ilə nəşr edilmişdir.