AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qalayçı Həsən Xankişiyev

Həsən Xankişiyev qədim xalq sənətini yaşadan insanlardan biridir. Əslən Lahıcdan olan sənətkar hazırda İsmayıllı şəhər bazarının ərazisindəki emalatxanasında ulu babalarından yadigar qalan və nəsildən-nəslə ötürülən, günümüzədək yaşadılan sənətlə – misgər-qalayçılıqla məşğuldur. Bu sənət Həsən ustanın, ümumən Xankişiyevlər nəslinin dolanışıq yeridir. Ulu babası Qulammirzə, babası Ağababa, atası Baba kişi də vaxtilə tanınan sənətkarlardan olublar.
 
Həsən ustanın incə, zərif döymə naxışlarla bəzədiyi mis samovara, eləcə də misdən hazırladığı digər məişət əşyalarına – güyümə, qazana, tavaya, ləyənə, kəfkirə, aşsüzənə bu gün də tələbat var. “Xalqımız çayı çox sevir. Çoxumuz mis samovarda kömürlə qaynadılan və həmin samovar üstündə dəm alan çayın dadını yaxşı bilirik. Digər məişət əşyaları da onun kimi. İndi satılanlar bu əşyaların yerini vermir. Ona görə də misdən hazırlanmış samovara, eləcə də digər əşyalara hər zaman tələbat olacaq”, - deyə usta bildirir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı