AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sərrac Saleh Məmmədov

Azərbaycanın dilbər guşələrindən olan Qarabağ tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaqçılıq, zərgərlik, misgərlik, qalayçılıq, nalbəndlik, sərraclıq kimi sənət növlərinin inkişaf etdiyi ərazilərimizdəndir. Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi sərraclıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.

Sərraclıq sənətini bu günədək yaşadanlardan biri də Şuşa şəhərindən olan məcburi köçkün, 1992-ci ildən Bərdə rayonunda məskunlaşan Saleh Məhərrəmovdur. Saleh Məhərrəmov sərraclıq sənətini babasından öyrənib. Bu qədim sənəti davam etdirmək üçün onun əvvəllər emalatxanası olmayıb. Özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lazımi materiallarla təmin olunub. Yalnız bundan sonra verilmiş aktivlər hesabına minik və yük heyvanları üçün dəri aksesuarları hazırlamaq üzrə öz ailə biznesini formalaşdırıb.

Sərrac hazırda emalatxanasında minik və yük heyvanları üçün yəhər, yüyən, tapqır, noxta, quşqun və sair aksesuarlar düzəldir və təmir edir. İşini çox sevdiyini deyən Saleh Məhərrəmov unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur. Ən böyük arzusu isə sərraclığı doğma şəhəri olan Şuşada davam etdirməkdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı