AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dulusçu Zahid Əkbərov

Cənub bölgəsində dulusçuluq sənətinin yaşı çox qədimdir. Xanlıqlar dövründən bu günə kimi Lənkəranda saxsı qablar istehsalı ilə yüzlərlə sənətkar məşğul olub. Zaman keçdikcə bu saxsı qabları məişətimizdə, mətbəximizdə sənaye üsulu ilə hazırlanan mis, alüminium qablar əvəz etdikcə, Lənkəranda dulusçuluq sənətinə maraq da azalmağa başladı. Ötən əsrin ortalarından bu günə kimi Lənkəranda onlarla dulusçu ailəsi bu sənətlə məşğul olurdusa, indi onların sayı da azalıb. Onlardan biri Əkbərovlar ailəsidir.
 
Lənkəran rayonunun Separadi kəndində yaşayan dulusçu Zahid Əkbərov 11 yaşından saxsı qablar və təndirlər hazırlayır. Bu qədim sənət ona babasından miras qalıb. Özü isə dulusçuluğu atasından öyrənib. 120 il ömür sürən babası Mirəşrəf Əkbərov dulusçuluq çarxını 20 yaşında hazırlayıb. 180 il keçməsinə baxmayaraq çarx bu gün də işlək vəziyyətdədir.
 
Bir saata təxminən 60 qab hazırladığını bildirən dulusçu qeyd edir ki, alıcıların tələbatı daha çox piti qablarınadır. Həmçinin təndir də daha çox satılır. Sifariş olsa, bir günə 3 təndir hazırlaya biləcəyini söyləyir. Sənətkarın şagirdləri də çoxdur. Bu da o deməkdir ki, babalarımızdan bizə miras qalan dulusçuluq sənəti Lənkəranda yeni sənətkarlar nəslinin yetişməsi ilə gələcək nəsillərə ötürüləcək.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı