Dülgər Məhəmməd Əliyev
Balakən şəhər sakini dülgər Məhəmməd Əliyev 30 ildir ki, dülgərlik sənəti ilə məşğul olur. Əsasən stol-stul, taxta çarpayı düzəldir, köhnə mebel və divanları təmir edir. Oğlu da bu işdə ona kömək edir. Hazırladıqları dülgərlik məhsulları şəhərdəki müxtəlif mebel mağazalarında satışa çıxarılır.
Dülgər Məhəmməd Əliyev özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan təlimlərdə iştirak etmiş və xaricdə istehsal olunan ən müasir dülgər dəzgahları almışdır. Bu da onun işini xeyli asanlaşdırmış, hazırladığı məhsulların keyfiyyətini yaxşılaşdırmışdır.