AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəyirmançı İsmayıl Əliyev

Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su və yel dəyirmanlarından istifadə olunub. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması onların sıradan çıxması və unudulması ilə nəticələnsə də, ölkəmizdə bu gün də fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək mümkündür. Belə dəyirmanlardan biri də Bərdə rayonunun Kələntərli kəndindədir.
 
Dəyirmanın sahibi İsmayıl Əliyevdir. O, su dəyirmanını 1990-cı ilin əvvəllərində – elektrikin fasilələrlə verildiyi, əhalinin una ehtiyacı olduğu bir dövrdə yaradıb. Dəyirman enerji sərfiyyatı olmadan, sadəcə su ilə işləyir. Burada suyun gurluğundan asılı olaraq sutkada 250-300 kiloqram dən üyüdülür. Təbii və kəpəkli qara undan bişirilən çörəyin özünəməxsus dadı və ətri olduğu üçün qonşu kəndlərin, ətraf rayonların sakinləri də bu dəyirmanın unundan istifadə edirlər. Dəyirmanda həm əhali tərəfindən gətirilən buğda üyüdülür, həm də unun satışı həyata keçirilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı