AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pinəçi Aydın Bayramov

Qazax rayon sakini Aydın Bayramovun sənətə olan marağı onun 14 yaşında məktəbi yarımçıq qoyaraq pinəçi yanında şagird olmasına səbəb olub. Ömrünün 63 ilini bu işə həsr edən pinəçi özü haqqında bunları deyib. “Məktəbimizin yanında pinəçi emalatxanası vardı. Hər dəfə oradan keçəndə dayanıb ustaların əlinə baxardım. 14 yaşımda atamın razılığı ilə Qazaxda məşhur pinəçi olan Ləzgi Əhmədin yanında şəyirdliyə başladım”.
 
Pinəçi deyir ki, indi bu sənətdən maddi yox, mənəvi rahatlıq tapır: “Rəhmətlik ustam həmişə deyərdi ki, 30 yaşına kimi usta sənəti işlədir, 30 yaşdan sonra sənət ustanı işlədir. Məni indi sənət işlədir, boş dayana bilmirəm. Övladlarım qoymurlar, deyirlər, “işləmə, bəsdir”. Onlara başa salıram ki, bunu ehtiyacdan etmirəm, mən sənətlə nəfəs alıram, bununla rahatlıq tapıram”.
 
Aydın ustaya ən çox şöhrət qazandıran tikdiyi xrom çəkmələr olub. Sovet dövründə bütün rayon katibləri, kolxoz sədrləri, aşıqlar çəkmə geyinirdi. Sifarişləri o qədər çox olurdu ki, bəzən iki il sonraya da sifariş götürürdü. Yaxşı çəkmə tikdiyi üçün müştəriləri onu gözləyirdi.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı