Baramaçı Ağgül Bağırova
Ağgül Bağırova Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinidir. Hələ sovet dövründən baramaçılıqla məşğul olan Ağgül Bağırova bu sahədə uğuru nəticələr də əldə etmişdir. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox sahələr kimi baramaçılıq da unudulmuş, bu səbəbdən o, bir müddət çox sevdiyi peşəsindən uzaq qalmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə baramaçılığın yenidən bərpa edilməsindən sonra Ağgül Bağırova da digər həmkarları kimi uzun müddət ayrı düşdüyü bu sahəyə qayıtmışdır. 2018-ci ildə barama istehsalında yüksək nəticəyə nail olduğu üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.