Tikmə ustası Sayalı Səlimli
Şəki şəhərində anadan olan Sayalı Səlimli təkəlduz sənətini bacısından öyrənib. 35 ildir bu sənətlə məşğul olan tikmə ustası öz qızına və gəlininə də bu sənətin incəliklərini öyrədib.
18 ildir Şəki şəhərinin mərkəzində mağazada öz əl işlərini sərgiləyən və satan Sayalı xanım həm də dərzidir. O, milli geyimlər və müxtəlif papaqlar tikir. Onun əsərləri müxtəlif tədbirlərdə diplomla təltif olunub.