AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Arıçı Qönçə Quliyeva

Qönçə Quliyeva Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayır. Arıçılıqla uşaq yaşlarından məşğul olur və bu sənətin sirlərini atasından öyrənib. Hazırda Qönçə xanımın təsərrüfatında 100-dən çox arı ailəsi var. Atasının yolunu davam etdirən arıçı fermer məşğul olduğu sahədən zövq aldığını deyir: “Mən arılarla nəfəs alıram. 41 ildir arı saxlayıram. Atamın əlinə baxa-baxa öyrənmişəm bu işi. Ailə həyatı qurandan sonra atam evimizə arı yeşiyi gətirdi. İki arı pətəyi ilə şəxsi təsərrüfatımı yaratmağa başladım. Gördüyünüz kimi arı pətəklərinin sayı 100-dən çoxdur və çalışacağam ki, onları 200-ə çatdırım”.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı