AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası İlhamə Nağıyeva

Nağıyeva İlhamə Rəsul qızı 1974-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 1991-ci ildə Gəncə Yüngül Sənaye Texnikumuna qəbul olunub, 1994-cu ildə həmin məktəbi bitirib. 1997-2000-ci illərdə Tovuz rayonundakı Texniki Peşə Məktəbində “Toxucu” müəllimi işləyib. 2012-ci ildən 2016-ci ilədək Tovuz rayonunda özəl xalça emalatxanasında toxucu kimi çalışıb. 2017-ci ildən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filalında fəaliyyətə başlayıb. Hazırda Səhmdar Cəmiyyətin Tovuz filialında çalışır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı